![](https://neftchi.az/uploads/news/qarabagla-oyuna-hazirliq-davam-edir-2022-09-28-134053.jpg)
“Qarabağ”la oyuna hazırlıq davam edir
“Neftçi” Premyer Liqanın 8-ci turunda qarşılaşacağı “Qarabağ”la oyunun hazırlığını davam etdirir. Bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan məşqdə milli komandaların düşərgəsindən qayıtmış futbolçular – Emin Mahmudov, Eddi İsrafilov və Yeqor Boqomolski də iştirak ediblər. Solomon Kvirkveliya isə hazırlığa sabahdan etibarən qatılacaq.
Qeyd edək ki, “Qarabağ” – “Neftçi” oyunu oktyabrın 1-i saat 18:00-da “Azersun Arena”da keçiriləcək.