Dieqo Valdezə uğurlar arzulayırıq!

24 iyul 2024, 11:15

Futbolçu Dieqo Valdezlə başa çatan müqavilə yenilənməyib. 30 yaşlı yarımmüdafiəçiyə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq!

Qeyd edək ki, 2023-cü ilin avqustunda transfer olunmuş Valdez “Neftçi”nin heyətində 27 rəsmi oyun keçirib, 3 qol vurub.