“Neftçi”nin yüksək hədəflərə çatması üçün Bauerin çox köməyi dəyəcək”

22 iyul 2024, 23:56

“Neftçi” PFK-nın baş məşqçisi Roman Qriqorçuk Robert Bauerin transfer olunmasına münasibət bildirib. Ukraynalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında “Neftçi”nin yüksək hədəflərə çatması üçün almaniyalı futbolçunun çox kömək olacağını bildirib:

“Çox şadam ki, heyətimizi Robert Bauerlə gücləndirdik. Bu təcrübəli futbolçu göstəricilərinə və keyfiyyətinə görə bizim oyun üslubumuza uyğun gəlir. İnanıram ki, “Neftçi”nin yüksək hədəflərə çatması üçün onun çox köməyi dəyəcək”.