Haqqında

“Neftçi” yarandığı gündən ölkə futbolunun lokomotivi rolunu oynayıb. Bu gün də bu ənənə davam etdirilir. Hazırda akademiyamızda 11 komanda – U-19, U-17, U-16, U-15, U-14, U-13, U-12, U-11, U-10, U-9 və qızlardan ibarət komandamız fəaliyyət göstərir, 200-dən çox uşaq futbolun sirrlərinə yiyələnir.

Akademiya işlərini gənc futbolçuların inkişafı proqramına əsasən qurub və bu istiqamətdə fəaliyyət göstərir. Müxtəlif yaş qruplarını əhatə edən komandalar hər il ölkə daxilində təşkil olunan çempionatlarda iştirak edir. Mütəmadi olaraq beynəlxalq turnirlərə qatılır və gənc futbolçuların təcrübə qazanması istiqamətində işlər görülür. Akademiyada gənc futbolçuların inkişafı üçün hər cür şərait yaradılıb. Hazırda bu istiqamətdə daha böyük layihələr icra olunur. Xüsusən gənc futbolçuların yetişməsi istiqamətində klubun bazası daxilində akademiya üçün yeni tikiləcək inzibati bina gələcəkdə bu işdə çox faydalı olacaq.

“Neftçi” Futbol Akademiyasında əsas komandada forma geyinə biləcək namizədlərlə yanaşı, rəqibinə, hakimlərə, azarkeşlərə hörmətlə yanaşacaq və “Fair Play” qaydalarına əməl edəcək futbolçular yetişir. Müəllimlərimiz gənc futbolçuların hazırlığında onların fərdi inkişafına xüsusi yer ayırır.