Fəlsəfəmiz

Əsas hədəfimiz – təşkilati və maddi-texniki bazanın gücləndirilməsi hesabına uşaqları futbol məşğuliyyətinə cəlb etməklə onları gələcəkdə  “Neftçi”nin əsas heyətinə və Azərbaycan milli  komandasına  hazırlamaq!

İş prinsipimiz – kollektivdə yüksək peşəkarlıq və intizamla müşahidə olunan dostluq münasibətlərini qurub,  futbolçulara vətənpərvərlik ruhunu və qalib psixologiyasını aşılayıb, onlarda futbola sevgi və yığmamızın gələcəyinə inam yaratmaq!

Dəyərlərimiz – hər bir futbolçunun kluba sədaqətli olmasını, onun ənənələrini yaşatmasını, meydanda və meydandan kənarda şəxsiyyət olmasını təmin etmək!

Oyun tərzimiz – uşaqlara “Neftçi” kimi oynamağı öyrətmək!

Nəticəmiz – gənc futbolçuların inkişafı birinci yerdə, oyundakı nəticə isə arxa plandadır. Oyunçunu qazanmaq oyunu qazanmaqdan daha vacibdir!