İlbəil

1937

“Neftyanik” futbol klubu yaradılıb.

15 mart – SSRİ çempionatının təsdiqlənmiş əsasnaməsi teleqramla Bakıya göndərilib.

21 mart – “Azərbaycan Bədən tərbiyəçisi” qəzetində “Neftyanik” haqda ilk məlumat verilib.

24 may – Komandamız ilk rəsmi oyununu keçirib, SSRİ Kubokunun 1/64 final mərhələsində Yerevan “Dinamo”sunu 1:0 hesabı ilə məğlub edib. Qələbə qolunu Bakıdakı “Dinamo” stadionunda baş tutan matçın 87-ci dəqiqədə Pavel Ştırlin vurub.

1949

17 aprel – SSRİ çempionatının yüksək liqasında mübarizə aparmağa başlayan “Neftyanik” ilk oyundaca qələbə qazanıb. Bakıdakı V.İ.Lenin adına stadionda Moskvanın Hərbi Hava Qüvvələri komandası məğlub edilib – 1:0. Yeganə qolu Viktor Anoşkin vurub.

1966

30 noyabr – Komandamız SSRİ çempionatında 3-cü yeri tutaraq bürünc medallara layiq görülüb.

1968

Klubun adı rəsmi olaraq dəyişdirilərək “Neftçi” olub.

1992

8 may – İlk dəfə keçirilən müstəqil Azərbaycan çempionatında mübarizəyə başlayıb.

24 oktyabr – İlk Azərbaycan çempionatının qalibi olmağı rəsmiləşib.

1993

21 fevral – İlk dəfə keçirilən Azərbaycan Superkubokunun qalibi olub.

1995

28 may – 1-ci dəfə Azərbaycan Kubokunu başı üzərinə qaldırıb.

23 iyul – 2-ci dəfə Azərbaycan Superkubokunun qalibi olub.

10 avqust – UEFA Kuboklar Kubokunda mübarizəyə başlayaraq ilk dəfə avrokuboklarda iştirak edib.

1996   

15 may – 2-ci dəfə Azərbaycan Kubokunu qazanıb.

12 iyun – 2-ci dəfə Azərbaycan çempionatının qalibi olub.

1997

24 may – 3-cü dəfə Azərbaycan çempionu olub.

1999   

28 may – 3-cü dəfə Azərbaycan Kubokunu qazanıb.

2004

5 may – 4-cü dəfə Azərbaycan çempionatının qalibi olub.

9 may – 4-cü dəfə Azərbaycan Kubokunu başı üzərinə qaldırıb.

2005

10 iyun – 5-ci dəfə Azərbaycan çempionu olub.

2006

22 yanvar – MDB ölkələrinin çempionarı arasında keçirilən “Birlik Kuboku” turnirinin qalibi olub.

2011

1 may – 6-cı dəfə Azərbaycan çempionu olub.

2012

29 aprel – 7-ci dəfə Azərbaycan çempionatının qalibi olub.

30 avqust – Azərbaycan futbolu tarixində ilk dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

2013

14 may – 8-ci dəfə Azərbaycan çempionu olub.

28 may – 5-ci dəfə Azərbaycan Kubokunu qazanıb.

2014

22 may – 6-cı dəfə Azərbaycan Kubokunun qalibi olub.

2021

19 may – 9-cu dəfə Azərbaycan çempionu olub.