Türkiyədə sonuncu məşqimiz

24 iyul 2024, 21:38

“Neftçi” Türkiyənin Erzurum bölgəsində təlim-məşq toplanışını davam etdirir. “Ağ-qaralar” bu gün toplanış çərçivəsində sonuncu məşqinə çıxıb. Toplanışa sabah yekun vurulacaq. Bunadək Türkiyənin “Alanyaspor” (3:1), “Sivasspor”a (2:1) və “Erzurumspor” (0:0) klubları ilə qarşılaşmış komandamız sonuncu sınaq matçını Səudiyyə Ərəbistanı Pro Liqası təmsilçisi “Əl-Oruba”ya qarşı keçirəcək. “Palandöken Yüksek İrtifa Camp Facilities”də baş tutacaq görüş Bakı vaxtı ilə sabah saat 18:00-da start götürəcək.