Çempion komandamız mövsümü qələbə ilə başa vurdu

26 may 2024, 19:40

Əvəzedicilər Liqasının çempionu olan “Neftçi-2” mövsümdə sonuncu oyununu keçirib. Baş məşqçi Rəşad Abdullayevin yetirmələri 36-cı turda “Sabah-2”ni 3:1 hesabı ilə məğlub ediblər. “Neftçi” Futbol Mərkəzində baş tutan matçda komandamızın qollarını Həbib İsmayılov, Kamal Kazımov və Bahadur Quliyev vurublar. Rəqibin heyətində isə Mixail Beştoev fərqlənib.

Qeyd edək ki, 36 oyundan 89 xal toplayan “Neftçi-2” sona bir tur qalmış çempionluğunu rəsmiləşdirmişdi.