Çempion ilk qələbəsini səfərdə qazandı

11 avqust 2024, 22:08

Əvəzedicilər Liqasının çempionu “Neftçi-2” bu mövsüm ilk qələbəsini qazanıb. “Ağ-qaralar” 2-ci turda “Səbail-2”yə 1:0 hesabı ilə qalib gəlib. Qələbə qoluna “ASCO Arena”da keçirilən matçın 25-ci dəqiqəsində Murad Məmmədov imza atıb. Qeyd edək ki, 2 oyundan sonra 3 xal toplayan “Neftçi-2” 3-cü turda “Sabah-2”ni qəbul edəcək.