“Neftçi-2” son dəqiqədə qələbəni əldən verdi

25 avqust 2024, 21:01

“Neftçi-2” Əvəzedicilər Liqasında 4-cü tur oyununa çıxıb. “Ağ-qaralar” “Araz-Naxçıvan-2” ilə heç-heçə edib – 3:3. “ASK Arena”da keçirilən oyunda komandamızın qollarını Fərhad Fərhadlı (22-ci və 45+1-ci dəqiqələr) və Həbib İsmayılov (81-ci dəqiqə) vurublar. Rəqibin heyətində isə Elcan Məmmədov (57-ci və 75-ci dəqiqələr) və Turan Vəlizadə (90+4-cü dəqiqə – penalti) fərqləniblər.

Qeyd edək ki, 4 oyundan sonra xallarının sayını 7-yə çatdıran “Neftçi-2” turnir cədvəlində 2-ci pilləyə yüksəlib.