Əvəzedicilərimiz “Sabah-2”yə qalib gəldilər

19 avqust 2024, 21:45

“Neftçi-2” Əvəzedicilər Liqasında ardıcıl ikinci qələbəsini qazanıb. “Ağ-qaralar” 3-cü turda “Sabah-2”yə 3:1 hesabı ilə qalib gəlib. “Neftçi” Futbol Mərkəzində keçirilən oyunda komandamızın qollarını Həbib İsmayılov (1-ci dəqiqə), Murad Məmmədov (35-ci dəqiqə) və Aslan Şirinov (56-cı dəqiqə) vurublar. Rəqibin heyətində isə İldar Alekperov (68-ci dəqiqə) fərqlənib.

Qeyd edək ki, 3 oyundan sonra xallarının sayını 6-ya çatdıran “Neftçi-2” turnir cədvəlində 3-cü pilləyə yüksəlib.