“Neftçi-2” böyükhesablı qələbə ilə zirvədə!

30 avqust 2024, 23:55

“Neftçi-2” Əvəzedicilər Liqasında böyükhesablı qələbə qazanıb. “Ağ-qaralar” 5-ci turda “Şamaxı-2”yə 4:0 hesabı ilə qalib gəlib. “Neftçi” Futbol Mərkəzində keçirilən oyunda Fərhad Fərhadlı və Həbib İsmayılov hərəyə iki dəfə fərqləniblər.

Qeyd edək ki, 5 oyundan sonra xallarının sayını 10-a çatdıran “Neftçi-2” turnir cədvəlində 1-ci pilləyə yüksəlib.