Samir Abasov: “Bu matç bizə yaxşı motivasiya və ümid verdi”

5 fevral 2025, 18:58

“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov Azərbaycan Kubokunun “Kəpəz” klubu ilə 1/4 final oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

“Bilirsiniz ki, kubok oyunlarına necə köklənmişik. Bu məqsədi qarşımıza stimul kimi qoymuşuq. Əlbəttə, bu çətin səfərdən qələbə ilə dönmək yaxşıdır, amma bu o demək deyil ki, bu sondur. Çünki rəqibə epizodlar verdik. Hər cür hesab ola bilərdi. Böyük hesabla da qələbə qazana bilərdik. Əsas odur ki, bu matç o biri oyuna hazırlaşmaq üçün bizə yaxşı motivasiya və ümid verdi. Futbolçulara təşəkkür edirəm. Onlar da bunun “Neftçi” üçün əhəmiyyətini anlayırlar. Artıq Bakıya qayıdıb çempionat oyununa hazırlaşacağıq”.

Mətbuat konfransının tam versiyası ilə aşağıdakı videodan tanış ola bilərsiniz: