
“Kəpəz”lə ilk oyuna itkilərlə çıxacağıq
Azərbaycan Kubokunun 1/4 final mərhələsində qarşılaşacağımız “Kəpəz” klubu ilə ilk oyunun hazırlığı yekunlaşıb. “Ağ-qaralar” bu gün matçın keçiriləcəyi Tovuz şəhər stadionunda oyunöncəsi son məşqinə çıxıb.
Hələ də bərpa dövrü keçən futbolçularımız – Rəhman Hacıyev, Rafael Quzzo və Dembo Darbo ilə yanaşı, “Şamaxı” ilə oyunda zədələnən Edvin Kuç və Andrey Ştoqrin, həmçinin səhhəti ilə əlaqədar Azər Əliyev də kubok görüşünü buraxacaqlar.
Qeyd edək ki, fevralın 5-də keçiriləcək “Kəpəz” – “Neftçi” oyunu saat 16:00-da başlanacaq.
Tövsiyə olunur
-
“Futbolçularım ilk dəqiqədən buraya qələbə qazanmaq üçün gəldiklərini göstərdilər”
A Komanda 10 fevral 2025, 22:13 -
Zirədə əzmkar qələbə!
A Komanda 10 fevral 2025, 21:24 -
“Zirə” ilə matçın hazırlığı başa çatdı
A Komanda 9 fevral 2025, 18:23 -
Samir Abasov: “Bu matç bizə yaxşı motivasiya və ümid verdi”
A Komanda 5 fevral 2025, 18:58