Samir Abasov: “Bu qələbə psixoloji və motivasiya cəhətdən önəmli idi”
“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının “Şamaxı” klubu ilə 21-ci tur oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
“Evdə oynamağımıza baxmayaraq, asan oyun yoxdur. Bütün komandalar bir-birindən xal alırlar. Bütün matçlarda bu cür əziyyətlərin olması normaldır. Oyundan razı qaldım. Hər iki hissədə qol epizodları yaratdıq, sadəcə, qola çevirə bilmədik. Mənim üçün ən xoş olan tərəf isə bu gün intizamlı oynamağımız idi. Rəqibə fürsət vermədik. Komandamın bütün çətinliklərin öhdəsindən gəlməsi xoş idi. Kuboka da köklənmişik. Ağır həftələrə gedirik. Üç gündən bir oyunumuz olacaq, kubok matçımız da səfərdədir. Bu qələbə psixoloji və motivasiya cəhətdən önəmli idi. Futbolçulara təşəkkür edirəm. İnanıram ki, yaxşı nəticələrə gəlib çıxacağıq”.
Mətbuat konfransının tam versiyası ilə aşağıdakı videodan tanış ola bilərsiniz:
Tövsiyə olunur
-
“Şamaxı” üzərində qələbə qazandıq!
A Komanda 31 yanvar 2025, 20:56 -
“Şamaxı” ilə oyunun hazırlığı başa çatdı
A Komanda 30 yanvar 2025, 20:24 -
Samir Abasov: “İkinci hissədə dəyişiklik edib daha çox hücum etməyə çalışdıq”
A Komanda 26 yanvar 2025, 18:58 -
“Araz-Naxçıvan”a məğlub olduq
A Komanda 26 yanvar 2025, 17:58