Kubok oyununda inamlı səfər qələbəmiz!

5 fevral 2025, 17:56

“Neftçi” Azərbaycan Kubokunun 1/4 final mərhələsində ilk oyununa çıxıb. “Ağ-qaralar” “Kəpəz” klubuna 2:0 hesabı ilə qalib gəlib. Tovuz şəhər stadionunda baş tutan matçda qolları Ağadadaş Salyanski (36-cı dəqiqə) və Yuri Matias (69-cu dəqiqə) vurublar.

Qeyd edək ki, “Kəpəz”lə cavab oyunumuz fevralın 28-i saat 19:30-da “Neftçi Arena”da keçiriləcək.