“Şamaxı” üzərində qələbə qazandıq!

31 yanvar 2025, 20:56

“Neftçi” Misli Premyer Liqasında növbəti oyununu keçirib. “Ağ-qaralar” 21-ci turda “Şamaxı”ya 1:0 hesabı ilə qalib gəlib. Qələbə qolunu “Neftçi Arena”da baş tutan matçın 45+4-cü dəqiqəsində penaltidən Emin Mahmudov vurub.

Qeyd edək ki, “Neftçi” 21 oyundan sonra 21 xalla turnir cədvəlində 7-ci yeri tutur.