
Samir Abasov: “İkinci hissədə dəyişiklik edib daha çox hücum etməyə çalışdıq”
“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının “Araz-Naxçıvan” klubu ilə 20-ci tur oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
“İlk hissədən tamamilə narazı qaldıq. Keçən matç da göstərdi ki, hücum yaratmaqda, oyunu üzərinə götürüb kreativ nələrsə etməkdə problemlərimiz var. Bu problemləri aradan qaldırmaq üçün düşündük ki, bir cinahda daha kreativ Muradı, digərində isə Ramili oynadaq. Amma əfsuslar olsun ki, sönük bir oyun alındı. Nə biz istədiyimizi edə bildik, nə də futbolçular verilən tapşırıqları yerinə yetirdilər. İkinci hissədə dəyişiklik edib daha çox hücum etməyə çalışdıq. Düşünürəm ki, bu bizdə alındı, qol epizodlarımız da oldu, amma bunları qollara çevirə bilmədik. Transfer pəncərəsinin bağlanmasına vaxt var və ümid edirəm ki, danışıqlar apardığımız futbolçuları gətirə biləcəyik. Bununla nələrisə düzəldə bilərik. Çempionatda mübarizəni davam etdirəcəyik, amma bütün gücümüzü kubok oyunlarına verəcəyik”.
Mətbuat konfransının tam versiyası ilə aşağıdakı videodan tanış ola bilərsiniz:
Tövsiyə olunur
-
Samir Abasov: “Kubok matçına karyeramızdakı son oyun kimi çıxmalıyıq”
A Komanda 13 aprel 2025, 22:31 -
Qələbəni əldən verib məğlub olduq
A Komanda 13 aprel 2025, 22:05 -
“Zirə” ilə oyunun hazırlığı yekunlaşdı
A Komanda 12 aprel 2025, 18:07 -
“Avrokuboklara düşmək üçün bütün mümkün şanslardan istifadə etməyə çalışacağıq”
A Komanda 7 aprel 2025, 18:56