Samir Abasov: “Bu cür oyunlarda meydandakı nizam-intizam çox önəmlidir”
“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov Azərbaycan Kubokunun “Difai” klubu ilə 1/8 final oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
“Futbolçulara təşəkkür edirəm. Bu cür oyunlarda meydandakı nizam-intizam çox önəmlidir. Xüsusilə göstərilən əzmkarlıq sevindiricidir. Bu gün buna ehtiyacımız var. Rəqibin birinci liqa komandası olmasına baxmayaraq, çox yaxşı oyun alındı. Adımızı təmsil edirik, bunu qoruyub saxlamalıyıq. Futbolçulardan və onların göstərdikləri əzmkarlıqdan çox razı qaldım. Belə də davam edəcəyik”.
Mətbuat konfransının tam versiyası ilə aşağıdakı videodan tanış ola bilərsiniz:
Tövsiyə olunur
-
“Kəpəz”lə ilk oyuna itkilərlə çıxacağıq
A Komanda 4 fevral 2025, 19:22 -
Samir Abasov: “Bu qələbə psixoloji və motivasiya cəhətdən önəmli idi”
A Komanda 31 yanvar 2025, 21:25 -
“Şamaxı” üzərində qələbə qazandıq!
A Komanda 31 yanvar 2025, 20:56 -
“Şamaxı” ilə oyunun hazırlığı başa çatdı
A Komanda 30 yanvar 2025, 20:24