“Şamaxı” ilə oyuna hazırlıq davam edir
“Neftçi” Misli Premyer Liqasının 13-cü turunda qarşılaşacağı “Şamaxı” klubu ilə oyunun hazırlığını davam etdirir. “Araz-Naxçıvan”la matçın ertəsi günü bərpa məşqi edib bir günlük istirahətə buraxılan “ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində növbəti məşqə çıxıb. Baş məşqçi Samir Abasovun rəhbərliyi altında keçirilən hazırlıq prosesinə isinmə hərəkətləri ilə başlayan komandamızın üzvləri daha sonra toplu və taktiki çalışmaları yerinə yetiriblər.
Qeyd edək ki, noyabrın 8-də “Neftçi Arena”da baş tutacaq “Neftçi” – “Şamaxı” matçı saat 15:00-da başlanacaq.
Tövsiyə olunur
-
“Kəpəz”lə ilk oyuna itkilərlə çıxacağıq
A Komanda 4 fevral 2025, 19:22 -
Samir Abasov: “Bu qələbə psixoloji və motivasiya cəhətdən önəmli idi”
A Komanda 31 yanvar 2025, 21:25 -
“Şamaxı” üzərində qələbə qazandıq!
A Komanda 31 yanvar 2025, 20:56 -
“Şamaxı” ilə oyunun hazırlığı başa çatdı
A Komanda 30 yanvar 2025, 20:24