Samir Abasov: “Komandam yaxşı oyun göstərməyə çalışdı”
“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının “Sabah” klubu ilə 11-ci tur oyunundan sonra keçirilən mətbuat konfransında fikirlərini açıqlayıb və jurnalistlərin suallarını cavablandırıb:
“Meydana qələbə üçün çıxmışdıq. Artıq geriyə yolumuz yoxdur, hər oyuna belə çıxacağıq. Bunun üçün hər şeyi etdikmi? Bu suala komanda daxilində aydınlıq gətirəcəyik və nə lazımdırsa, edəcəyik. Komandam yaxşı oyun göstərməyə çalışdı. Bəzi epizodlarda risk etməkdən, top itirməkdən, irəliyə aqressiv, qol vurmaq üçün getməkdən çəkinirdik. Bu da, bəlkə, uzun müddət qələbə qazanmamaqdan irəli gəlir. Bu oyunlarla belə psixoloji baryeri aşmalıyıq. Təbii ki, qələbə qazansaydıq, daha yaxşı olardı, amma bugünkü bir xala, xüsusilə, çəkdikləri əziyyətə görə uşaqları təbrik edirəm. Əmin edirəm ki, biz daha da yaxşı olacağıq və çalışacağıq ki, bunu tez edək”.
Mətbuat konfransının tam versiyası ilə aşağıdakı videodan tanış ola bilərsiniz:
Tövsiyə olunur
-
“Kəpəz”lə ilk oyuna itkilərlə çıxacağıq
A Komanda 4 fevral 2025, 19:22 -
Samir Abasov: “Bu qələbə psixoloji və motivasiya cəhətdən önəmli idi”
A Komanda 31 yanvar 2025, 21:25 -
“Şamaxı” üzərində qələbə qazandıq!
A Komanda 31 yanvar 2025, 20:56 -
“Şamaxı” ilə oyunun hazırlığı başa çatdı
A Komanda 30 yanvar 2025, 20:24