“Kəpəz”lə oyunun hazırlığı başa çatdı

15 mart 2023, 19:22

“Neftçi” Premyer Liqanın 27-ci turunda qarşılaşacağı “Kəpəz”lə oyunun hazırlığını başa vurub. Komandamızın üzvləri bu gün “Bakcell Arena”da oyunöncəsi son məşqə çıxıblar. Hazırlıq prosesində əsasən toplu və taktiki çalışmalar icra olunub.

Qeyd edək ki, martın 16-sı saat 19:00-da “Bakcell Arena”da keçiriləcək matçın biletlərini aşağıdakı keçidə daxil olaraq onlayn şəkildə əldə etmək olar:

➡️ https://iticket.az/events/sport/neftci-pfk-kepez-pfk23

“Bakcell Arena”nın kassalarında isə qiyməti 2 (1A, 2A, 4A, 5A, 1B, 2B, 3B), 5 (3A) və 10 (VİP) AZN təşkil edən biletlər oyun günü saat 14:00-dan etibarən satışda olacaq.