“Neftçi”dən daha bir transfer

27 yanvar 2022, 23:00

“Neftçi” daha bir transferə imza atıb. Azərbaycanlı futbolçu Azər Əliyevlə 3,5 illik müqavilə bağlanıb. 27 yaşlı yarımmüdafiəçi komandamızın heyətində 7 nömrəli formanı geyinəcək.

Sonuncu klubu Rusiya Premyer Liqasında mübarizə aparan “Ufa” (2018-2020, 2021-2022) olan Əliyev Rusiyanın “Yenisey” (2012-2017), “Saxalin” (2013), “Krılya Sovetov” (2017-2018) və “Tambov” (2021) komandalarında da çıxış edib.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl müdafiəçi Azər Salahlı, yarımmüdafiəçilər Eddi İsrafilov, Gilyerme Pato və qapıçı İvan Brkiçi transfer etmişdi.