Rüstəm Samiqullin 1 il müddətinə icarəyə götürülüb

9 avqust 2024, 13:30

“Neftçi” daha bir futbolçunun keçidini rəsmiləşdirib. U-21 milli komandamızın üzvü Rüstəm Samiqullin “Sabah” klubundan 1 il müddətinə icarəyə götürülüb. 21 yaşlı qapıçı 30 nömrəli formanı geyinəcək.

“Neftçi” üçün xeyirli və uğurlu olmasını diləyirik!