Xoş gəldin, Rafael Quzzo!

12 avqust 2024, 21:32

“Neftçi” daha bir transferini reallaşdırıb. Portuqaliyalı yarımmüdafiəçi Rafael Quzzo artıq “Neftçi” ailəsinin üzvüdür. 6 nömrəli formanı geyinəcək 29 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb.

Yarımmüdafiənin mərkəzi ilə yanaşı, hücumameylli və dayaq yarımmüdafiəçisi kimi oynamağı bacaran Quzzo Portuqaliyanın müxtəlif, həmçinin 21 yaşadək futbolçulardan ibarət milli komandalarının üzvü olub. “Benfika”nın B komandasında, həmçinin bu ölkənin “Şaves”, “Tondela”, “Famalikan” klublarında çıxış etmiş futbolçu Portuqaliya yüksək liqasında 100-ə yaxın oyun keçirib. O, İspaniya 2-ci La Liqasında və Braziliya A Seriyasında da oynayıb.

“Neftçi” üçün xeyirli və uğurlu olsun!