Səlahət Ağayevə uğurlar arzulayırıq

11 iyun 2021, 15:27

“Neftçi” PFK qapıçı Səlahət Ağayev ilə başa çatan müqaviləni yeniləməyib. Göstərdiyi xidmətə görə ona təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq.

Qeyd edək ki, Səlahət Ağayev “Neftçi”də keçirdiyi 4 mövsüm ərzində 70 oyunda meydana çıxıb.