Mamadu Mbodj daha 2 il “Neftçi”də

7 iyun 2021, 22:41

“Neftçi” PFK müdafiəçi Mamadi Mbodjla müqavilənin müddətini artırıb. Anlaşmaya əsasən, 28 yaşlı seneqallı futbolçu daha 2 il – 2023-cü il mayın 31-dək ağ-qara formanı geyinəcək.

Mbodj “Neftçi”də keçirdiyi 3 mövsüm ərzində 54 oyunda meydana çıxıb, 8 qola imza atıb.

Xatırladaq ki, “Neftçi” bundan əvvəl Ömər Buludov və Fəhmin Murabəyli ilə yeni müqavilə bağlamışdı.