Mamadu Mbodj daha 2 il “Neftçi”də
“Neftçi” PFK müdafiəçi Mamadi Mbodjla müqavilənin müddətini artırıb. Anlaşmaya əsasən, 28 yaşlı seneqallı futbolçu daha 2 il – 2023-cü il mayın 31-dək ağ-qara formanı geyinəcək.
Mbodj “Neftçi”də keçirdiyi 3 mövsüm ərzində 54 oyunda meydana çıxıb, 8 qola imza atıb.
Xatırladaq ki, “Neftçi” bundan əvvəl Ömər Buludov və Fəhmin Murabəyli ilə yeni müqavilə bağlamışdı.
Tövsiyə olunur
-
“Zirə” ilə oyuna hazırlıq davam edir
A Komanda 18 aprel 2024, 14:28 -
Miodraq Bojoviç “Araz-Naxçıvan” üzərində qələbəni şərh etdi
A Komanda 13 aprel 2024, 22:57 -
“Neftçi”dən böyükhesablı qələbə
A Komanda 13 aprel 2024, 22:30 -
“Neftçi” – “Araz-Naxçıvan” matçını Əliyar Ağayev idarə edəcək
A Komanda 13 aprel 2024, 15:18