"Qarabağ"la oyunu Rauf Cabbarov idarə edəcək

6 fevral 2020, 11:00

Premyer Liqada 16-cı turun təyinatları açıqlanıb. "Qarabağ” – "Neftçi” oyununun baş hakimi Rauf Cabbarov olacaq. Ona Namiq Hüseynov və Elşad Abdullayev kömək edəcəklər. Dördüncü hakim funksiyasını Səbuhi Bayramov yerinə yetirəcək. Hakim-inspektor İmanxan Sultani, AFFA nümayəndəsi isə Maşallah Əhmədov olacaq.

Qeyd edək ki, fevralın 8-i Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ” – "Neftçi” matçı saat 20:00-da başlanacaq.