"Neftçi" – "Sabah" matçını Rəvan Həmzəzadə idarə edəcək
Premyer Liqada 20-ci turun təyinatları açıqlanıb. "Neftçi” – "Sabah” oyununun baş hakimi Rəvan Həmzəzadə olacaq. Ona Cəmil Quliyev və Vüqar Bayramov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Hakim-inspektor Ömər Paşayev, AFFA nümayəndəsi isə Erkin Hüseynov olacaq.
Qeyd edək ki, martın 7-si "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Sabah” oyunu saat 18:00-da başlanacaq.