“Neftçi” 20 yaşlı futbolçu ilə müqavilə bağladı

19 sentyabr 2020, 17:29

“Neftçi” növbəti transferini reallaşdırıb. Türkiyəli mərkəz müdafiəçisi Mert Çeliklə 2 il müddətinə müqavilə bağlanıb. 20 yaşlı futbolçu icarə əsasında komandamızın heyətində çıxış edəcək. O, 20 nömrəli formanı geyinəcək.

Müqavilə ilə Türkiyənin “İstanbul Başakşehir” klubuna məxsus olan Mert Çelik Azərbaycanın U-21 milli komandasının üzvüdür.