“Neftçi” qapıçı ilə yeni müqavilə bağladı

3 iyun 2020, 11:30

“Neftçi” PFK daha bir futbolçu ilə müqavilənin müddətini uzadıb. Qapıçı Kamran İbrahimovla anlaşma daha 2 illiyə artırılıb. 20 yaşlı qolkiper 2022-ci il mayın sonunadək “ağ-qaralar”ın formasını geyinəcək.

Qeyd edək ki, bundan əvvəl Anton Krivotsyuk, Emin Mahmudov və Ömər Buludov da yeni anlaşmaya imza atmışdı.