Kapitan daha 3 il “Neftçi”də!

1 iyun 2020, 18:30

“Neftçi” PFK kapitan Emin Mahmudovla müqavilənin müddətini artırıb. Yeni anlaşmaya görə, təcrübəli futbolçu daha 3 il “ağ-qara” formanı geyinəcək.

Qeyd edək ki, Mahmudov bu mövsüm meydana çıxdığı 26 oyunda 6 qol vurub. Bundan əvvəl isə digər futbolçumuz Anton Krivotsyuk yeni anlaşmaya imza atmışdı.