“Neftçi” hazırlığa başladı
“Neftçi” PFK mövsümün ikinci yarısının iki mərhələdən ibarət hazırlığına bu gün start verib. Səhər fitnes zalında məşq edən komandamızın üzvləri axşam hazırlığını “Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçib. Səhər məşqi əsasən fiziki, axşam məşqi isə toplu çalışmalara həsr olunub.
Qeyd edək ki, yanvarın 10-dək gündə iki məşqə çıxacaq “Neftçi” ayın 11-i təlim-məşq toplanışının ikinci mərhələsini keçməkdən ötrü Türkiyəyə yola düşəcək.