Xoş gəldin, Ryonosuke Ohori!

14 yanvar 2025, 18:54

“Neftçi” qış fasiləsi dönəmində ilk transferini həyata keçirib. Yaponiyalı yarımmüdafiəçi Ryonosuke Ohori artıq “Neftçi” ailəsinin üzvüdür. 18 nömrəli formanı geyinəcək 24 yaşlı futbolçu ilə 5 ay + 2 il şərti ilə müqavilə bağlanıb.

Ohori futbola Yaponiyanın “Sanfreççe” klubunun akademiyasında başlayıb. Sonuncu klubu “Transinvest”in (Litva) heyətində 2024-cü ilin fevralından meydana çıxdığı 31 çempionat matçında 6 qola imza atıb. Orta xətt oyunçusu sürəti və driblinqi ilə də seçilir.