“Futbolçularımızın bir-bir sıradan çıxması rotasiya imkanlarımızı məhdudlaşdırdı”
“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının “Araz-Naxçıvan” klubu ilə 12-ci tur oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
“Rəqibi qələbə münasibətilə təbrik edirəm. Yaxşı komandaya qarşı oynadıq. Oyun haqda danışmaq çətindir. Üzüntülü vəziyyətdə idik, çünki bu matçadək futbolçularımız bir-bir sıradan çıxmışdı. Həm də “Sabah”la oyundan sonra məşq etməyə o qədər də vaxtımız qalmamışdı. Liderlər qrupunda qərarlaşan rəqibə qarşı matçın əvvəllərindən sanki komandamızda bir gərginlik vardı. Futbolçularımızın bir-bir sıradan çıxması təkcə planları yox, ümumiyyətlə, hər şeyi pozdu və rotasiya imkanlarımızı məhdudlaşdırdı. Görüləcək işlərimiz doğrudan da çoxdur. Bu yola çıxmışıq və inanırıq ki, öhdəsindən gələcəyik. Azarkeşlərimizə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Oyun bitəndən dərhal sonra futbolçularımızla söhbət etdilər, bizi dəstəklədilər. Sağ olsunlar, var olsunlar”.
Mətbuat konfransının tam versiyası ilə aşağıdakı videodan tanış ola bilərsiniz:
Tövsiyə olunur
-
“Kəpəz”lə ilk oyuna itkilərlə çıxacağıq
A Komanda 4 fevral 2025, 19:22 -
Samir Abasov: “Bu qələbə psixoloji və motivasiya cəhətdən önəmli idi”
A Komanda 31 yanvar 2025, 21:25 -
“Şamaxı” üzərində qələbə qazandıq!
A Komanda 31 yanvar 2025, 20:56 -
“Şamaxı” ilə oyunun hazırlığı başa çatdı
A Komanda 30 yanvar 2025, 20:24