“Neftçi” Türkiyə toplanışına start verir

8 iyul 2024, 15:44

“Neftçi” yeni mövsümə hazırlığı davam etdirir. Təlim-məşq toplanışının Bakıda təşkil olunmuş ilk mərhələsini ötən həftə başa vuran “ağ-qaralar” bu gün Türkiyədə ikinci mərhələyə start verir. Toplanış iyulun 26-dək Ərzurum bölgəsində davam edəcək. Komandamız hazırlıq çərçivəsində 4 yoxlama oyunu keçirməyi planlaşdırır.