“Neftçi” Tovuzda məğlub oldu

4 oktyabr 2024, 19:18

“Neftçi” Misli Premyer Liqasının 9-cu turunda “Kəpəz”lə qarşılaşıb. Tovuz şəhər stadionunda baş tutan oyunda komandamız 3:4 hesabı ilə məğlub olub. “Ağ-qaralar”ın qollarını Ervin Koffi (4-cü dəqiqə), Ramil Şeydayev (31-ci dəqiqə) və Ağadadaş Salyanski (90+5-ci dəqiqə) vurublar. Gəncə təmsilçisinin heyətində isə Orxan Əliyev (24-cü və 32-ci dəqiqələr), Mahamadu Ba (41-ci dəqiqə) və Viktor Braqa (48-ci dəqiqə) fərqləniblər.

Qeyd edək ki, “Neftçi” 9 oyundan sonra 5 xalla turnir cədvəlində 8-ci yeri tutur.