4 futbolçumuz Şimali İrlandiya və İngiltərə yığmalarına qarşı

6 oktyabr 2024, 15:00

Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. Oktyabrın 12-si Bakı vaxtı ilə saat 18:00-da Belfastda Şimali İrlandiya, ayın 15-i saat 22:30-da isə Bristolda İngiltərə yığması ilə qarşılaşacaq U-21-ə “Neftçi”dən 4 futbolçu – Ağadadaş Salyanski, Emil Səfərov, Rüstəm Samiqullin və Rəvan Kazımov dəvət olunub.