“Turan Tovuz”la oyuna hazırlıq davam edir
“Neftçi” Misli Premyer Liqasının 16-cı turu çərçivəsində qarşılaşacağı “Turan Tovuz”la oyunun hazırlığını davam etdirir. Komandamızın üzvləri bu gün “Neftçi” Futbol Mərkəzində növbəti məşqə çıxıblar. Toplu və taktiki çalışmaların yerinə yetirildiyi hazırlıq prosesində zədəlilər – Emil Balayev və Filip Ozobiç, həmçinin fərdi məşğul olan İvan Brkiç iştirak etməyib.
Qeyd edək ki, dekabrın 10-u saat 18:00-da “Neftçi Arena”da baş tutacaq “Neftçi” – “Turan Tovuz” qarşılaşması “CBC Sport” vasitəsilə canlı yayımlanacaq.
Tövsiyə olunur
-
“Kəpəz”lə ilk oyuna itkilərlə çıxacağıq
A Komanda 4 fevral 2025, 19:22 -
Samir Abasov: “Bu qələbə psixoloji və motivasiya cəhətdən önəmli idi”
A Komanda 31 yanvar 2025, 21:25 -
“Şamaxı” üzərində qələbə qazandıq!
A Komanda 31 yanvar 2025, 20:56 -
“Şamaxı” ilə oyunun hazırlığı başa çatdı
A Komanda 30 yanvar 2025, 20:24