"Neftçi" təlim-məşq toplanışını başa vurdu

24 yanvar 2020, 20:00

"Neftçi” Türkiyədəki təlim-məşq toplanışında sonuncu yoxlama oyununu keçirib. Komandamız "Emir Hotels Spor Kompleksi”ndə Ukraynanın "Desna” klubu ilə qarşılaşıb. "Neftçi TV”dən canlı yayımlanan görüş rəqibin 2:1 hesablı qələbəsi ilə nəticələnib. "Ağ-qaralar”ın qolunu 66-cı dəqiqədə Stiven Jozef-Monroz vurub.

"Neftçi”: 1.Səlahət Ağayev, 3.Mamadu Mbodj, 6.Voislav Stankoviç, 7.Namik Ələskərov, 8.Emin Mahmudov (K), 9.Baqali Dabo, 11.Vanqelis Platellas, 15.Saman Nərimancahan, 18.Tural Axundov, 36.Mamadu Kane, 77.Donald Gerye.

Ehtiyat oyunçular: 12.Kamran İbrahimov, 30.Aqil Məmmədov, 5.Anton Krivotsyuk, 17.Rəhman Hacıyev, 22.Mirabdulla Abbasov, 26.Ömər Buludov, 27.Nabi Silla, 28.Stiven Jozef-Monroz, 33.Turan Vəlizadə, 40.Vüqar Həsənov, 55.İbrahim Əliyev, 56.Elton Əlibəyli, 74.Nazim Bağırov, 75.Nihad Qurbanlı, 80.İsmayıl Zülfüqarlı, 93.Soni Mustivar.