"Neftçi" azlıqda məğlubiyyətdən qurtuldu

1 fevral 2020, 19:30

"Neftçi” Premyer Liqanın üçüncü dövrəsində ilk oyununu keçirib. Komandamız 15-ci turda "Sumqayıt”ı qəbul edib. "Bakcell Arena”da baş tutmuş görüşdə heç-heçə qeydə alınıb – 1:1.

41-ci dəqiqədə Voislav Stankoviçin qırmızı vərəqə ilə cəzalandırılmasından sonra (43-cü dəqiqə) rəqib futbolçu Rəhim Sadıxov cərimə zərbəsi ilə hesabı açıb. Azlıqda qalan komandamız fasilədən sonra (72-ci dəqiqə) Baqali Dabonun qolu ilə hesabı bərabərləşdirib.

"Neftçi”: 1.Səlahət Ağayev, 5.Anton Krivotsyuk, 6.Voislav Stankoviç, 7.Namik Ələskərov, 8.Emin Mahmudov (K), 11.Vanqelis Platellas, 26.Ömər Buludov, 28.Stiven Jozef-Monroz, 77.Donald Gerye, 88.Saman Nərimancahan, 93.Soni Mustivar.

Ehtiyat oyunçular: 12.Kamran İbrahimov, 30.Aqil Məmmədov, 3.Mamadu Mbodj, 9.Baqali Dabo, 10.Dario Frederiko, 17.Rəhman Hacıyev, 18.Tural Axundov, 33.Turan Vəlizadə, 36.Mamadu Kane, 40.Vüqar Həsənov, 55.İbrahim Əliyev, 80.İsmayıl Zülfüqarlı.