"Neftçi"də yeni fiziki hazırlıq üzrə məşqçi
"Neftçi” PFK-nın məşqçilər korpusuna yeni təyinat olub. Əsas komandanın fiziki hazırlıq üzrə məşqçisi vəzifəsini Mario Fernandes Kastelyano yerinə yetirəcək. 34 yaşlı ispaniyalı mütəxəssislə mövsümün sonunadək müqavilə bağlanıb.
Qeyd edək ki, 2013-2015-ci illərdə "Bakı” klubunda işləmiş Mario Fernandes Kastelyano Madrid "Atletiko”sunun futbol akademiyasında (U-10-U-17, 2005-2010) və "B” komandasında (2010-2012), eləcə də İspaniyanın "Xetafe” "B” (2015-2016) və Çinin "Dalian Yifanq” (2016-2018) klublarında çalışıb. UEFA-nın PRO kateqoriyasına malikdir.
Tövsiyə olunur
-
Kubok oyununda inamlı səfər qələbəmiz!
A Komanda 5 fevral 2025, 17:56 -
“Kəpəz”lə ilk oyuna itkilərlə çıxacağıq
A Komanda 4 fevral 2025, 19:22 -
Samir Abasov: “Bu qələbə psixoloji və motivasiya cəhətdən önəmli idi”
A Komanda 31 yanvar 2025, 21:25 -
“Şamaxı” üzərində qələbə qazandıq!
A Komanda 31 yanvar 2025, 20:56