“Neftçi-2”dən ardıcıl 3-cü qələbə

19 fevral 2024, 18:17

“Neftçi-2” Əvəzedicilər Liqasında ardıcıl 3-cü qələbəsini qazanıb. “Ağ-qaralar” 23-cü turda “Zirə-2”ni 1:0 hesabı ilə məğlub edib. Qələbə qolunu “Neftçi” Futbol Mərkəzində keçirilən matçın 23-cü dəqiqəsində Ağadadaş Salyanski vurub.

Qeyd edək ki, “Neftçi-2” 23 oyundan 58 xalla turnir cədvəlinin vahid lideridir.