“Neftçi-2” səfər qələbəsi ilə zirvədə möhkəmləndi

30 mart 2024, 19:52

“Neftçi-2” Əvəzedicilər Liqasında növbəti qələbəsini qazanıb. Komandamız 28-ci turda çempionluq uğrunda mübarizədə əsas rəqibi olan “Qəbələ-2”ni 2:1 hesabı ilə məğlub edib. Qəbələ şəhər stadionunun ehtiyat meydançasında keçirilən oyunda “ağ-qaralar”ın qollarını Samir Həsənov (32-ci dəqiqə) və Ağadadaş Salyanski (37-ci dəqiqə) vurublar. 85-ci dəqiqədə isə Fariz Xeyrullayev avtoqola imza atıb.

Qeyd edək ki, bununla da 28 oyundan 70 xal toplayan “Neftçi-2” ən yaxın izləyicisi “Qəbələ-2”ni 4 xal geridə qoyaraq turnir cədvəlinin zirvəsində möhkəmlənib.