“Neftçi-2” azlıqda qalıb xal itirdi

22 aprel 2024, 18:33

“Neftçi-2” Əvəzedicilər Liqasında növbəti oyununu keçirib. Komandamız 31-ci turda “Zirə-2”nin qonağı olub. Binə qəsəbə stadionunda baş tutan matçda heç-heçə qeydə alınıb – 2:2. “Ağ-qaralar”ın qollarını Cavanşir Şahbazlı (17-ci dəqiqə) və Turan Vəlizadə (74-cü dəqiqə) vurublar. Rəqibin heyətində Vüsal Əliyev (44-cü dəqiqə) və Nazim Həsənzadə (52-ci dəqiqə) fərqləniblər.

“Neftçi-2”dən David Orucov (29-cu dəqiqə), Fərid Səfərli (75-ci dəqiqə) və İbrahim Novruzov (78-ci dəqiqə), “Zirə-2”dən isə Ramin Abdullayev (52-ci dəqiqə) və Vüsal Əliyev (90+8-ci dəqiqə) qırmızı vərəqə ilə cəzalandırılıblar.

Qeyd edək ki, 31 oyundan 74 xal toplayan “Neftçi-2” ən yaxın izləyicisi olan “Qəbələ-2”ni 2 xal geridə qoyaraq liderliyini davam etdirir.