“Neftçi-2”dən 4-cü 8:0 hesablı qələbə!

14 aprel 2024, 19:04

“Neftçi-2” Əvəzedicilər Liqasında bu mövsüm 4-cü dəfə 8:0 hesablı qələbə qazanıb. Komandamız 30-cu turda “Araz-Naxçıvan-2”nin qapısından 8 cavabsız top keçirib. “Neftçi” Futbol Mərkəzində baş tutan görüşdə Həbib İsmayılov və Kamal Kazımov “dubl”a imza atıblar. David Orucov, Aşqin Abazərov, İbrahim Novruzov və Cavanşir Şahbazlı isə hərəyə bir dəfə fərqləniblər.

Qeyd edək ki, bundan əvvəl “Turan Tovuz-2”, “Araz-Naxçıvan-2” və “Sumqayıt-2”ni də 8:0 hesabı ilə məğlub etmiş “Neftçi-2” 30 oyundan 73 xalla vahid liderliyini davam etdirir.