Mamadu Mbodj daha 2 il “Neftçi”də
“Neftçi” PFK müdafiəçi Mamadi Mbodjla müqavilənin müddətini artırıb. Anlaşmaya əsasən, 28 yaşlı seneqallı futbolçu daha 2 il – 2023-cü il mayın 31-dək ağ-qara formanı geyinəcək.
Mbodj “Neftçi”də keçirdiyi 3 mövsüm ərzində 54 oyunda meydana çıxıb, 8 qola imza atıb.
Xatırladaq ki, “Neftçi” bundan əvvəl Ömər Buludov və Fəhmin Murabəyli ilə yeni müqavilə bağlamışdı.
Tövsiyə olunur
-
Miodraq Bojoviç “Qarabağ”la cavab oyununu şərh etdi
A Komanda 24 aprel 2024, 22:31 -
Azərbaycan Kubokunda mübarizəni dayandırdıq
A Komanda 24 aprel 2024, 22:02 -
“Qarabağ”la cavab oyunumuzu Əliyar Ağayev idarə edəcək
A Komanda 24 aprel 2024, 14:24 -
Miodraq Bojoviçin “Zirə” ilə matç haqda fikirləri
A Komanda 20 aprel 2024, 22:37