“Oyuna qələbə üçün çıxmışdıq və bunun üçün hər şeyi edirdik”

19 yanvar 2025, 22:02

“Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının “Sabah” klubu ilə 19-cu tur oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

“Oyuna qələbə üçün çıxmışdıq və bunun üçün hər şeyi edirdik. Həddindən artıq ümidli, motivasiyalı idik. Qəbələ toplanışında klubumuzun televiziyasına müsahibəmdə hazırlığımızın necə möhtəşəm keçdiyini demişdim. İnanmıram ki, futbolçular bu gün bir xal üçün oynayırdılar. Fikirləşirəm ki, maraqlı görüş alındı. Qol epizodları çox olmadı deyə, oyun kiməsə maraqsız gələ bilər, amma futbolçularım yaxşı mübarizə apardılar. İşimiz o qədər çoxdur ki... Düzdür, bu oyunda futbolçularım intizamı sona qədər qoruyub saxladılar. Rəqibə çox şans vermədik. Lakin meydanda intizamı, psixoloji məqamları düzəltməliyik, “Neftçi” adına çoxlu hücumlar etməliyik. Bu problemlər bir günlə düzəlməyəcək”.

Mətbuat konfransının tam versiyası ilə aşağıdakı videodan tanış ola bilərsiniz: