Haqqında

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycan ərazisindəki neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın və qaz kondensatının hasilatı, emalı və nəqli, neft və neft-kimya məhsullarının, qazın daxili və xarici bazarlarda satışı, habelə ölkə ərazisində sənayenin və əhalinin təbii qazla təchizatı ilə məşğul olur. SOCAR-ın tərkibində 3 istehsalat birliyi, 1 neft və 1 qaz emalı zavodu, Dərin Özüllər Zavodu, 2 trest, 1 institut daxil olmaqla hüquqi şəxs statusuna malik 23, qeyri-hüquqi şəxs statusuna malik 4 qurum fəaliyyət göstərir.

Haqqında

“Rahat” supermarketlər şəbəkəsi 2009-cu ilin may ayında yerli bazarda ticarət və pərakəndə satış fəaliyyətinə başlayıb. Biznes fəaliyyətinə “Rahat” ticarət markası ilə başlayan şəbəkə həmin vaxt özünün ilk layihəsini reallaşdırıb. Uğurlu investisiya siyasəti nəticəsində şirkət qısa bir zamanda Azərbaycanın ən böyük marketlər şəbəkələrindən birini yaratmağa nail olub. Bakı şəhəri və regionların müxtəlif nöqtələrində “Market gərək Rahat olsun!” şüarı altında 100-dən çox market fəaliyyət göstərir. Müştərilərinə yüksək səviyyəli xidmət göstərmək və münasib qiymətə keyfiyyətli məhsul təqdim etmək şirkətin əsas məqsədidir. “Rahat” marketdə qiymətlər münasibdir, məhsulların çeşidi geniş və müxtəlifdir. Müştərilər üçün davamlı olaraq böyük endirim və hədiyyə günləri, müxtəlif lotereya və maraqlı aksiyalar keçirilir. Hər zaman müştəri məmnuniyyətinin artırılması və xidmət səviyyəsinin yaxşılaşdırılması üçün çalışır. Bütün müştərilərin iradlarını dinləyib ən qısa zamanda yaranan problemləri həll etməyə, həmçinin onların təkliflərini müzakirə edib həyata keçirməyə çalışır. “Rahat” supermarketlərin də daxil olduğu “ANC GROUP” MMC öz əməkdaşlarının maddi və sosial fəaliyyətinin, həmçinin iş şəraitinin yaxşılaşdırılması sahəsində əməli işlər görür, gələcəyə aid planlar hazırlayır və perespektiv vəd edən gənclərə investisiya yatırır.

Haqqında

“Liv Bona Dea Hospital” Azərbaycanın paytaxtı Bakıda yerləşir. Əlverişlilik “Liv Bona Dea Hospital”ın üstünlüklərindən biridir. Bununla belə, xəstəxananın ən böyük üstünlüyü investorların Xəzər regionunda güclü, yeni və bənzərsiz konsepsiya həyata keçirmək istəyidir: Qərbin xəstəyə baxım keyfiyyətinə əsaslanan xəstəxana. Bu o deməkdir ki, Avropa səhiyyə xidmətlərinin ən yüksək standartlarını təklif etmək xəstəxananın əsas məqsədidir. Avropa Birliyi daxilində bir çox avropalı tibbi, orta tibbi və idarə heyəti ilə çalışaraq, eləcə də əsas tibbi müəssisələrlə əməkdaşlıq edərək bu məqsədə çatmağı hədəfləyir. “Liv Bona Dea Hospital” JCI (Beynəlxalq Birgə Komissiyası) akkreditasiyası ilə fəaliyyət göstərir. Bu qlobal səhiyyə xidmətində qızıl standart hesab olunur. “Liv Bona Dea Hospital” xəstəxananın qapılarını azərbaycanlıların, xarici vətəndaşların, diplomatların, tibbi turistlərin və dünya miqyasında bütün xəstələrin üzünə açan beynəlxalq xəstəxanadır.

Haqqında

“Errea” 1988-ci ildə hazırda prezident vəzifəsini yerinə yetirən Ancelo Qandolfi tərəfindən yaradılıb. Qərargahı İtaliyanın Parma şəhərində yerləşir. “Errea” tekstil geyimlərinin zərərli kimyəvi maddələrdən azad olmasını təmin edən “Oeko-tex” standart texnologiyasından istifadə edən ilk şirkətdir. UEFA-nın da partnyoru olan “Errea” futbolla yanaşı, digər idman növlərində də bir çox milli komanda və klublarla əməkdaşlıq edir.

Haqqında

Şahbuz rayonunda yerləşən Badamlı kəndinin mineral bulaqları XIX əsrin sonlarında baş verən zəlzələ nəticəsində ortaya çıxıb. 1947-ci ildə kiçik istehsal sahəsi yaradılaraq ilk dəfə əl üsulu ilə su istehsalına başlanılıb. Möcüzəvi Badamlı suyu dəniz səviyyəsindən 1274 metr yüksəklikdə çıxarılır. İnsan sağlamlığı üçün zəngin mineral tərkibə malik, milli və beynəlxalq standartlara cavab verən təbii mineral su uzun illərdir süfrələri bəzəyir.

Haqqında

1974-cü ildə AVIS Türkiyə ilk dəfə “Set Oto LTD.” adı altında “Koç Holdinq”in törəmə şirkətlərindən biri kimi fəaliyyətə başlayıb. Bu gün Otokoç AVIS və/vəya BUDGET brendlərini 8 müxtəlif ölkədə (Türkiyə, Azərbaycan, Qazaxıstan, Macarıstan, Gürcüstan, Ukrayna, Kuzey Kıbrıs Türk Cumhuriyeti ve Kuzey Irak) təmsil edir. 15 aprel 1997-ci ildə AVIS Azərbaycan bazarına daxil olub. Gəlişi ilə bərabər, özünün təcrübəsini, mükəmməlliyini, korporativ idarəetmə prinsiplərini regiona gətirib. Bu gün, uzun və qısa müddətli icarələrdə bazarın lideri olaraq 1200 ədəd nəqliyyat vasitəsilə AVIS Azərbaycan Bakıda və regionda fəaliyyət göstərir. AVIS Azərbaycan istehsalçı zəmanəti, sığorta şirkətinin zəmanəti ilə sığorta, səlahiyyətli texniki servis mərkəzlərində ödənişsiz texniki servis, istismarda olduğu müddətdə nəqliyyat vasitələrinin sərbəst daşınması xidməti ilə yanaşı, yeni brend maşınlar, eləcə də bu yolla 24 illik təcrübəsi ilə təhlükəsizlik və məmnuniyyəti də təqdim edir.

Haqqında

“Procter&Gamble” öz brendləri ilə dünyada təqribən 5 milyard insana xidmət göstərir. Şirkət Pampers®, Tide®, Ariel®, Head&Shoulders® , Always®, Pantene® , Fairy® , Blend-a-med®, Oral-B®, Gillette®, Safeguard® kimi etibarlı, keyfiyyətli və qabaqcıl brendlərdən ibarət ən güclü məhsul çeşidlərinin birinə sahibdir. P&G icması dünyanın təqribən 70 ölkəsində fəaliyyət göstərir.